Narkotikin təsiri altında olan Əhməd polisi öldürdü
“Zəmələk” və Misir millisinin müdafiəçisi Əhməd Əl-Fotuh narkotikin təsiri altında avtomobil idarə edərkən polisi vuraraq öldürüb.
Aut.az xəbər verir ki, bu barədə “Plano Deportivo” məlumat yayıb.
Futbolçu həmin an həşişin təsiri altında olub və avtomobili yüksək sürətlə idarə edib. Misir prokurorları 26 yaşlı futbolçunu qəsdən adam öldürməkdə ittiham edib.
İdmançı həbs edilərək nəzarətə götürülüb. El Fotuh millidə 28 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib. O, sonuncu dəfə Misir millisinin heyətində yanvarın sonunda Afrika Millətlər Kubokunun pley-off mərhələsində meydana çıxmışdı.
Aut.az
