Həbib borcunu bağladı
Əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov Federal Vergi Xidmətinə (FTS) olan borc öhdəliklərini bağlayıb.
Aut.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Həbib Federal Vergi Xidmətinə 302 milyon rubl məbləğində borclu olub. Bu yaxınlarda hüquq-mühafizə orqanları Nurməhəmmədovun əmlakını ələ keçirməyə və hesablarını bloklamağa başlamışdı.
Həbib Nurməhəmmədov qarışıq döyüş növləri üzrə 29 döyüş keçirib və 29 qələbə qazanıb. O, 2020-ci ilin oktyabrında yüngül çəkidə UFC çempionu kimi karyerasını bitirib.
Aut.az
