Digər

Parislilər etiraz edir: Eyfel qülləsində olimpiya halqaları olmasın

Qustav Eyfelin nəsilləri assosiasiyasının vitse-prezidenti Eyfel qülləsinə olimpiya halqalarının quraşdırılmasına qarşı çıxış edib. Daha əvvəl Parisin meri Ann İdalqo Olimpiya halqalarının 2024-cü il Paralimpiya Oyunları başa çatdıqdan sonra da memarlıq abidəsində qalacağını açıqlamışdı.

Aut.az xəbər verir ki, BFMTV Savina Yeytman-Eyfeldən sitat gətirib: “Paris və Fransanın simvoluna çevrilən Eyfel qülləsi daim Olimpiya Oyunları ilə əlaqələndirilməkdən daha geniş məna kəsb etmək niyyətindədir”.

Parislilər bu qərara qarşı onlayn petisiya başladıblar.

Bundan əvvəl məlum olmuşdu ki, 2024-cü il Olimpiya Oyunlarının çempionlarının “Stad de Frans” stadionunda keçiriləcək yarışlarda çalacağı zəng Paris Notr-Dam kilsəsində quraşdırılacaq.

2024-cü il Paralimpiya Oyunları Parisdə avqustun 28-də başlayıb və sentyabrın 8-də başa çatacaq.

Aut.az