İspaniya

“Real” əsas futbolçularından birini itirdi: Ən azı 2 ay

“Real” yarımmüdafiəçisi Dani Sebalyosun zədəsi barədə məlumat verib.

Aut.az xəbər verir ki, futbolçunun sağ topuğundan zədələndiyi bildirilir. Tibbi müayinə nəticəsində Sebalyosa sağ topuq nahiyəsinin 3-cü dərəcəli əyilməsi diaqnozu qoyulub.

Sentyabrın 1-də bazar günü Dani La Liqanın 3-cü turunda “Real Madrid”in “Betis”ə qarşı oyununda (2:0) 65 dəqiqə meydanda olub.

İnsayder Fabritsio Romano iddia edir ki, yarımmüdafiəçinin sağalması üçün 6-8 həftə lazımdır.

Aut.az