Dünya şöhrətli güləşçi öldü
Dünya şöhrətli idmançı, güləşçi, sərbəst güləş üzrə üçqat Olimpiya çempionu Aleksandr Medved 87 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Belarus Güləş Federasiyası məlumat yayıb.
Medved 1972-ci ildə Münhen Olimpiadasında SSRİ yığmasının ulduzu olub.
O, həmçinin Atlanta-96 və Afina-2004 Olimpiya Oyunlarında Belarusun bayrağını daşıyıb. 1980-ci ildə Moskva Olimpiya Oyunlarının açılışı zamanı o, olimpiya hakiminin andını oxuyub və Minskin “Dinamo” stadionunda Olimpiya məşəlini yandırıb. Aleksandr Medved dünyada ən çox titul qazanan sərbəst güləşçi hesab olunur.
O, üç dəfə olimpiya çempionu olub. Üstəlik, o, üç müxtəlif kateqoriyada çempionluq qazanıb. Yeddi dəfə dünya çempionu, üç dəfə Avropa çempionu və doqquz dəfə SSRİ çempionu olub.
