İspaniya

Atası və agenti narazılıq etdi: “Real” onunla bağlı qərar verdi

“Real Madrid” Rodriqonun bu yay ayrılmasına açıqdır.

Aut.az “The Athletic”ə istinadən bildirir ki, braziliyalı vingerin atası və agenti Rodriqonun az oyun keçirməsi ilə bağlı kluba narazılıqlarını bildiriblər.

Şikayətlər və oyunçunun zəif çıxışı “Real” rəhbərliyini vadar edir ki, Rodriqo klubu tərk etmək qərarına gəlsə, ona mane olmasınlar.

Madrid klubunun baş məşqçisi Xabi Alonso da braziliyalının gedişinə açıqdır.

“Arsenal”ın bir neçə həftə əvvəl Rodriqonun nümayəndələri ilə mümkün transferlə bağlı ilkin danışıqlar apardığı bildirilir. Cinah oyunçusu “topçular”ın məşqçilər korpusunun favoritidir və ötən mövsümün ikinci yarısında klubda müzakirə olunub.

Aut.az