İngiltərəDünya futbolu

Ərəblər “Arsenal”a sanballı təklif göndərdi: Ehtiyat oyunçu üçün

Səudiyyə “Əl-İttihad”ı London “Arsenalı”nın belçikalı vingeri Leandro Trossardla ciddi maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, Pro Liqa klubu 29 yaşlı futbolçunun transferi üçün “topçular”a təxminən 35 milyon avro təklif edib.

2023/24 mövsümündə Leandro Trossard bütün yarışlarda 46 oyun keçirib (25 start heyətində), 17 qol və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı belçikalı hücumçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Aut.az