İngiltərə

MY-dən daha bir “transfer bombası”

“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qata bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, “Yunayted” və Uqarte müqavilənin şəxsi şərtləri ilə bağlı razılığa gəliblər. Uruqvaylı futbolçu İngiltərə klubuna keçmək istəyir. PSJ ilə danışıqlar davam edir. Müdafiəyəmeyilli yarımmüdafiəçi ilə digər komandaların da maraqlandığı qeyd edilir.

Xatırladaq ki, 23 yaşlı Manuel Uqarte 2023-cü ilin yayında “Sportinq”dən PSJ-yə keçmişdi. Ötən mövsüm o, bütün turnirlərdə 37 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Mançester Yunayted” bir neçə gün əvvəl “Lill”dən Leni Yorunu 62 milyon avroya transfer etmişdi.

Aut.az