“Çelsi” ona dəfələrlə müqavilə təklif edib, amma…
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumameyilli yarımmüdafiəçi Meyson Mauntun “Çelsi”dən keçən yay “qırmızı şeytanlar”a transferi ilə bağlı vəziyyətdən danışıb.
Aut.az xəbər verir ki, Ten Haq bu barədə “Daily Mail”ə danışıb.
“Çelsi”nin onu satmaq istədiyini düşünmürəm. Onlar Mountu saxlamaq istədilər və ona dəfələrlə yeni müqavilə təklif etdilər. Lakin o, “Mançester Yunayted”ə keçməkdəisrarlı idi. O, fantastik futbolçudur. Onun forma alması vacibdir”, – deyə Ten Haq bildirib.
Xatırladaq ki, Maunt bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və bir qol vurub, bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Aut.az
