“Arsenal” bu “qol maşını” sayəsində çempion olacaq – Morqanın iddiası
Pirs Morqan “Arsenal”ın Premyer Liqanın qalibi olacağını proqnozlaşdırır.
Aut.az xəbər verir ki, məşhur jurnalist bu barədə sosial şəbəkədə yazıb:
“Yeni liderimizdən iki qol. “Arsenal” bu mövsüm Premyer Liqanı qazanacaq … Və hər şey bu “qol maşını”na bağlıdır” deyə teleaparıcı və “Arsenal” fanatı Morqan yazıb.
“Topçular” ikinci turda “Lids/”i 5-0 məğlub edib, londonluların yeni transferi Viktor Qyokeres iki qol vurub.
“Arsenal” 6 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti mərhələdə Mikel Artetanın yetirmələri doğma meydanda “Liverpul”la qarşılaşacaq. Görüş avqustun 31-də baş tutacaq.
Aut.az
