“Qarabağ”da ciddi itki
“Qarabağ” ciddi itki ilə üzləşib.
Aut.az xəbər verir ki, “atlılar”ın yarımmüdafiəçisi Marko Yankoviç sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz”la Premyer Liqa oyunundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.
Monteneqro millisinin düşərgəsində zədələnən Yankoviç azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Marko Avropa Liqasının qrup mərhələsində oktyabrın 26-da “Bayer”ə qarşı keçiriləcək oyunu buraxacaq.
