Onlar Əbu-Dabiyə niyə gediblər? – FOTO
İsveç millisinin, “Barselona”, PSJ, “İnter” və “Yuventus”un sabiq hücumçusu Zlatan İbrahimoviç Əbu-Dabidə (BƏƏ) keçirilən qarışıq döyüş növləri üzrə UFC 294 turnirində iştirak edib.
Aut.az xəbər verir ki, İbrahimoviclə yanaşı, Belçika yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne də turniri izləyib.
Xatırladaq ki, UFC 294 davam edir. Əbu-Dabidə (BƏƏ) keçirilən turnirin orta çəki dərəcəsində (84 kq-a qədər) mübarizə aparan Həmzət Çimayevlə Kamaru Usman arasında döyüş başa çatıb. Hakimlərin səs çoxluğu ilə Həmzət Çimayev qalib gəlib.
UFC 294 turnirinin əsas döyüşündə yüngül çəkidə UFC çempionu (70 kq-a qədər) İslam Maxaçev yarıyüngül çəkidə hazırkı titul sahibi Aleks Volkanovski ilə revanş döyüşü keçirəcək.


Aut.az
