Dünya futbolu

İspaniya millisi öz rekordunu təkrarladı

İspaniya yığması Millətlər Liqası matçında Danimarkaya 1:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bu oyunda “qırmızı furya”nın futbolçuları danimarkalıların qapısına 25 zərbə endiriblər. “Opta”nın məlumatına görə, bu, İspaniyanın Millətlər Liqası matçlarında əldə etdiyi rekord nəticənin təkrarıdır.

2020-ci ilin sentyabrında ispanlar Ukrayna millisinin qapısına 25 dəfə zərbə endiriblər.

Aut.az