Dünya futbolu

İlk dəfə həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxdı – VİDEO

İtaliyanın “Napoli” klubunun 22 yaşlı gürcü futbolçusu Xviça Kvaratsxeliya oktyabrın 30-da Parisdə keçirilən “Qızıl top”un təqdimat mərasiminə gəlib.

Aut.az xəbər verir ki, Xviça ilk dəfə ictimaiyyət qarşısına oktyabrın 16-da ailə həyatı qurduğu Nitsa Tavadze ilə çıxıb.

Tavadze haqqında çox şey məlum deyil. Kvaratsxeliya heç vaxt həyat yoldaşı haqqında ictimaiyyətə danışmayıb.

Məlumdur ki, Tavadzenin 21 yaşı var və Gürcüstanın paytaxtı Tbilisidə tibb institutunda təhsil alır.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ən nüfuzlu fərdi mükafatın səsverməsində 17-ci olub.

Aut.az