Bundan utanmağa dəyməz – Konate depressiya haqda
“Liverpul”un keçmiş müdafiəçisi İbrahima Konate komanda yoldaşı Dioqo Jotanın və daha sonra atasının ölümündən sonra üzləşdiyi çətinliklərdən danışıb.
Aut.az xəbər verir ki, 27 yaşlı fransızın atası Hamadi Konate uzun sürən xəstəlikdən sonra vəfat edib.
“Tənəzzüllər, depressiyalar olur. Futbolda da depressiyadan əziyyət çəkə bilərsiniz və bundan utanmağa ehtiyac yoxdur. Düzdür, tez-tez oyunçuların depressiyadan əziyyət çəkdiklərini, azarkeşlərin və ya kənar şəxslərin bunu başa düşmədiklərini eşidirəm, deyirlər ki, onlar çox pul qazanırlar. Amma xeyr, bu cəfəngiyatdır və bunu deməməlisiniz.
Depressiya fərdi bir şeydir; o, sizin dərinliklərinizdədir. Depressiyada olduğunuz zaman ürəyinizdən başlayır, beyninizə qədər hərəkət edir və bütün bədəninizi əhatə edir.
Mənim üçün bu, ən çətin məsələdir və bu barədə danışmaq lazımdır.
Heç vaxt özümü yaxşılaşdığımı hiss etdiyim an olmayıb. Bütün bu faciəli hadisələr çox tez baş verdi və başımın yenidən suyun üzərində olduğunu hiss etdiyim anda başqa bir şey baş verəcəkdi.
“Liverpul”da müstəsna olan azarkeşlərin, komanda yoldaşlarımın və xüsusən də ailəmin dəstəyini aldım, amma eyni zamanda öz ayaqlarım üzərində dayanmağı öyrənməli oldum, çünki komandanın mənə əvvəlkindən daha çox ehtiyacı var idi və bilirəm ki, atam mənim geri qayıtmağımı istəyərdi”, – deyə “France Inter” Konatedən sitat gətirib.
Qeyd edək ki, daha əvvəl “Real Madrid”in prezidenti Florentino Peres prezident seçkilərində qalib gələcəyi təqdirdə, Konatenin klubun yeni transferi olacağını açıqlamışdı.
Aut.az
