Meydana girən it futbolçudan topu belə aldı – VİDEO
Çili çempionatının 14-cü turunun “Kuriko Unido” – “Palestino” qarşılaşmasında (0:1) komik epizod baş verib.
Aut.az xəbər verir ki, Oyunun ilk dəqiqələrində meydana it girib. İt birbaşa topa tərəf qaçıb və onu futbolçudan alıb. Bundan sonra “çağırılmamış qonaq” topla oynamağa başlayıb. Oyunçulardan biri heyvanı meydançadan çıxarmaq istəyib. Amma it bu məqamda da topdan əl çəkməyib.
Video sosial şəbəkələrdə on minlərlə istifadəçinin emosiyasına səbəb olub.
Aut.az
