Azərbaycan futbolu

Azərbaycanlı referi AÇ-nin final mərhələsində

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Aut.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.