“Çelsi”də təmizləmə əməliyyatı
Aut.az xəbər verir ki, “zadəganlar” 7 futbolçu ilə yolları ayırmağa hazırlaşır. Bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilir ki, yeni komanda formalaşdırmaq istəyən baş məşqçi Qrem Potter Hakim Ziyeş, Kay Haverts, Kristian Pulişiç, Kalidu Kulibali, Jorjinyo, Sesar Asplikueta və Pyer-Emerik Obameyanqın xidmətində maraqlı deyil. London təmsilçisi sözügedən oyunçuları satmaq və ya icarəyə vermək variantını nəzərdən keçirir.
Yalnız Jorjinyo ilə bağlı plan fərqlidir. İtaliyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək.
Klub uzun müddətdir “Çelsi”nin şərəfini qoruyan futbolçulardan Meyson Maunt və N Qolo Kante ilə sözləşmənin müddətini uzatmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 25 xal toplayan “Çelsi” 10-cu sırada qərarlaşıb. Komanda Liqa və Federasiya kuboklarında “Mançester Siti”yə məğlub olaraq mübarizəni dayandırıb. “Mavilər” yalnız UEFA Çempionlar Liqasında yoluna davam edir.
