Dünya futbolu

Benzemadan 4 dəqiqədə 2 qol: Birini rəqib qapısına, birini də…

“Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Əl-Taavon”la qarşılaşır.

Aut.az xəbər verir ki, hazırda davam edən matçın 22-ci dəqiqəsində hesabı Kərim Benzema açıb.

Cəmi 4 dəqiqə sonra Benzema avtoqolla yadda qalıb. O, başla topu komandasının qapısına göndərib.

35 yaşlı fransalı “Əl-İttihad”ın heyətində 8 matçda 4 qol vurub.

Aut.az