Millətlər Liqasının qalibi bəlli oldu
Bu gün, martın 25-də ABŞ-la Meksika arasında KONKAKAF Millətlər Liqasının final oyunu keçirilib.
Aut.az xəbər verir ki, görüş ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki “A&T” stadionunda baş tutub. ABŞ millisi 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, ABŞ komandası KONKAKAF Millətlər Liqasının qalibi olub. İkinci yeri Meksika, üçüncü yeri Yamayka yığması tutub.
ABŞ ardıcıl 3-cü dəfə Millətlər Liqasının qalibi olub.
Xatırladaq ki, KONKAKAF Millətlər Liqası Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin milli komandaları arasında KONKAKAF-ın rəhbərliyi altında keçirilən beynəlxalq futbol turniridir. 2016-cı ildə FİFA-ya üzvlüyü dayandırılmış Qvatemala istisna olmaqla, CONCACAF-dakı 40 milli komandanın hamısı turnirdə iştirak edib.
Aut.az
