İspaniya

“Real” onunla müqaviləni uzatmaq istəyir, amma…

“Real” yarımmüdafiəçisi Toni Kroos ilə müqaviləni uzatmaq istəyir.

Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun sosial şəbəkələrdə yazdığına görə, Madrid klubunun rəhbərliyi hesab edir ki, Kroos yaşına baxmayaraq, hələ də komandaya faydalı ola bilər. Lakin alman hələ ki, planları barədə rəhbərliyə məlumat verməyib.

Kroos 2014-cü ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, 455 matçda iştirak edib, 28 qol vurub, 96 məhsuldar ötürmə edib.

Tərəflər arasında hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Aut.az