İspaniya

Peres Ançelottini hüzuruna çağırdı: Nə məsələdir?

“Real Madrid”in prezidenti Florentino Peres Karlo Ançelotti ilə görüşərək italiyalı mütəxəssisin gələcəyini müzakirə edəcək.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, görüş “Xetafe” ilə La Liqa matçından əvvəl baş tutacaq.

Mənbə qeyd edir ki, Peres və Ançelotti indiyə qədər görülən işlərlə bağlı fikirlərini bildirəcəklər. Bundan əlavə, italiyalı mütəxəssis ona olan inamın hansı səviyyədə olduğunu biləcək.

Aut.az