İspaniya

Tibbi müayinədən keçdi: “Barselona” onun keçidi açıqlayacaq

“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo ən yaxın saatlarda “Barselona”nın futbolçusu olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Portuqaliyalı ulduz yanvarın 12-də Kataloniya klub üçün tibbi müayinədən uğurla keçib. Mənbənin bildirdiyinə görə, 31 yaşlı futbolçu bu gün “Barselona” ilə müqavilə imzalayacaq.

Kanselo “Barsa”ya icarə əsasında keçəcək.

Xatırladaq ki, Kanselo 2023/24 mövsümündə “Barselona”nın formasını geyinib.

Heybət