“Atletiko” satılır?
“Atletiko”nun baş direktoru Migel Anxel Gil Marin və prezident Enrike Serezo klubun satışına start verib.
Aut.az xəbər verir ki, bu barədə “La Sexta” məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq ilk danışıqlar aparılıb. Əsas variant klubu NFL-də iştirak edən “Mayami Dolfins” klubunun sahibi Stiven Rossa satmaqdır.
Qeyd edək ki, “Atletiko” bu mövsüm 34 xalla La Liqanın 4-cü pilləsində qərarlaşıb. Komanda eyni zamanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqəni təmin edib.
