“Real” Trentə görə “Liverpul”a təzminat ödəyəcək?
“Real” klublararası dünya çempionatından öncə müdafiəçi Trent Alexander-Arnoldun transferini həll etmək üçün “Liverpul”a təzminat ödəyəcək.
Aut.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.
Bu gün Trent komandadan ayrıldığını açıqlayıb. Bununla belə, 26 yaşlı ingilis futbolçunun müqaviləsi iyulun 1-dək nəzərdə tutulub.
Buna görə də “Real” klublararası dünya çempionatının başlamasından iyunun 15-dən əvvəl mersisaydlılarla üçün razılığa gəlməlidir. Müqaviləsinin bir ay əvvəl ləğv edilməsi üçün Madrid klubu təzminat ödəməli olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək davam edəcək.
Aut.az
