Arda Yamal haqda danışdı: Düzgün olmaz
“Real”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər “Barselona”nın və İspaniya yığmasının futbolçusu Lamin Yamalla bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, gənc həmkarı haqqında bu sözləri deyib:
“Bizim Laminlə fərqli mövqelərimiz, fərqli üslublarımız var, buna görə də müqayisə etmək düzgün olmazdı. O, “Barselona”da çıxış edir, mən isə “Real”da. Sabah ona uğurlar arzulayıram.
Məni onun etdikləri təəccübləndirmir. Onun böyük istedadı var və bizə çətinlik yaratmaq üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, sentyabrın 7-də Türkiyə yığması dünya çempionatının seçmə mərhələsində İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
