Bu klub dərhal Alonso ilə danışıqlara başladı – ŞOK İDDİA
“Real”ın keçmiş baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasında işə başlaya bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
“Tottenhem” Madrid klubundan istefasından sonra Alonso ilə dərhal danışıqlara başlayıb. Hazırda “mahmızlar”ı Tomas Frank çalışdırır. Lakin komandanın son zamanlardakı uğursuz çıxışına görə onun vəzifəsindən ayrılacağı barədə məlumatlar yayıb.
21 turun nəticələrinə görə, “Tottenhem” İngiltərə çempionatının cədvəlində 14-cü pillədədir və 27 xal toplayıb. Komanda növbəti matçını yanvarın 17-də “Vest Hem”ə qarşı keçirəcək.
Aut.az
