“Real” “Liverpul”un ulduzunu havayı da almadı: Səbəb bəllidir
“Real” “Liverpul”un müdafiəçisi Vircil van Deyki transfer etməkdə maraqlı deyil.
Aut.az “Relevo”ya istinadən xəbər verir ki, Vircilin agentləri kluba 2025-ci ilin yayında, “mersisaydlılar”la cari müqaviləsi başa çatan zaman futbolçu ilə müqavilə imzalamağı təklif ediblər.
Madriddə hazırda müdafiəçilərin zədələnməsi səbəbindən çətin kadr vəziyyəti olmasına baxmayaraq, klub rəhbərliyi van Deykin transferində maraqlı deyil.
“Real” 33 yaşlı futbolçuya yaşına görə şübhə edir və eyni zamanda bu profilli futbolçunun komandaya lazımınca uyğunlaşmayacağına inanır.
Aut.az
