“Arsenal”ın futbolçusu huşunu itirdi – FOTO
“Arsenal”ın qadınlardan ibarət komandasının futbolçusu Frida Maanum İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə oyunda huşunu itirib.
Aut.az xəbər verir ki, oyun martın 31-də Vulverhemptondakı “Molineux Stadium”unda baş tutub.
Norveçli futbolçu ikinci hissədə huşunu itirib. 24 yaşlı Maanuma dərhal tibbi yardım göstərilib və xərəkdə meydançadan çıxarılıb.
Daha sonra London klubunun mətbuat xidməti Fridanın huşunu itirdiyini, amma danışdığını, vəziyyətinin stabil olduğunu bildirib.
Matç əlavə vaxtda “Arsenal”ın qələbəsi ilə başa çatıb (1:0).

