Statusu dəyişməyib: Deyəcək başqa sözü yoxdur
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yenidən Ceydon Sançonun vəziyyəti ilə bağlı sualları cavablandırıb .
“Çox üzr istəyirəm, amma Sançonun statusu dəyişməyib. O, əsas komandanın bir hissəsi deyil. Bundan savayı deyəcək heç bir sözüm yoxdur”, – insayder Fabritsio Romano sosial şəbəkələrdə ten Haqdan sitat gətirib.
Daha əvvəl “Mançester Yunayted”in qış transfer pəncərəsində Sanço ilə ayrılmağa hazır olduğu bildirilirdi. O, Haqdan üzr istəməkdən imtina etdikdən sonra futbolçunun əsas komanda ilə məşqinə qadağa qoyuldu. Oyunçu sosial şəbəkələrdə məşqçini açıq şəkildə yalan danışmaqda ittiham etmişdi.
Mançester klubu Premyer Liqa cədvəlində 10-cu yerdədir.
Aut.az
