İngiltərə

Ulduz futbolçu qərarını verdi: “Arsenal”, yoxsa “Real”?

“Arsenal”ın müdafiəçisi Uilyam Saliba klubla yeni müqavilənin şərtlərini razılaşdırıb.

Aut.az “The Athletic”ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqavilə yaxın günlərdə imzalanacaq. Danışıqlar hələ may ayında başlayıb və bu müddətdə “Real” da oyunçuya ciddi maraq göstərib.

Saliba “Arsenal”a 2019-cu ildə “Sent-Etyen”dən keçib. Mövsümdə indiyədək klub səviyyəsində 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”ın məlumatına əsasən, onun bazar dəyəri 80 milyon avrodur.

Aut.az