4 oyundur qol vura bilmir: Salaha nə olub?
Arne Slot Məhəmməd Salahın 4 matçlıq qolsuzluq seriyasından danışıb.
Aut.az xəbər verir ki, Slot tezliklə hər şeyin qaydasına düşəcəyini bildirib.
“İnsanlar bu barədə danışırlar və bəlkə də o, bunu bir kompliment kimi görməlidir. Çünki o, qol vuranda statistikası möhtəşəm görünür.
Monun yaxşı tərəfi özünün necə bir oyunçu olduğunu bilməsidir. Salah özünü yenidən göstərəcək, mən buna görə narahat deyiləm”, – “Liverpul”un baş məşqçisi deyib.
Salah Premyer Liqada mövsümün 31 matçında 27 qol vurub və 17 məhsuldar ötürmə edib
Aut.az.
