İngiltərə

Cəmisi 4 oyun oynadı, yenə də…

“Mançester Yunayted”in əsas müdafiəçisi Lisandro Martines növbəti dəfə ciddi zədə alıb.

Aut.az xəbər verir ki, onun diz bağı dartılıb.

26 yaşlı argentinalının əməliyyata ehtiyacı olmayacaq. Bərpa müddəti iki aya qədər çəkəcək.

Bu, Martinesin cari mövsümdə ikinci ciddi zədəsidir. Oktyabr ayında ayağından zədə aldığı üçün əməliyyat olunmuşdu.

Müdafiəçi yanvarın ortalarında qayıtdı və yenidən zədələnənə qədər dörd oyun keçirməyi bacardı.

Ümumilikdə, Martines bu mövsüm “Mançester Yunayted”in heyətində 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Aut.az