İngiltərəİtaliya

“Milan” Premyer Liqanın bombardirini hədəfə alıb

“Milan” “Brentford”da oynayan braziliyalı mərkəz hücumçusu İqor Tiaqo ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, “rossoneri” rəhbərliyi mərkəz hücumçusu mövqeyinin gücləndirilməsini prioritet hədəf hesab edir.

Tiaqo potensial seçimdir – o, artıq potensial transfer siyahısındadır. 24 yaşlı hücumçu bu mövsüm məhsuldar olub. “Brentford”da bütün turnirlərdə 35 oyunda iştirak edən Tiaqo 24 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu İngiltərə Premyer Liqasının bombardirlər yarışında “Mançester Siti”nin hücumçusu Erlinq Halanddan üç qol geri qalaraq ikinci yerdədir.

Nüfuzlu “Transfermarkt” portalı Tiaqonun transfer qiymətini 50 milyon avro olaraq qiymətləndirir.

Aut.az