İngiltərəAlmaniya

“Bavariya” 20 milyonluq futbolçu üçün görün nə qədər pul ayırıb

“Bavariya” “Kristal Pelas”ın 20 yaşlı mərkəz yarımmüdafiəçisi Adam Uartonu transfer etmək istəyir.

Aut.az xəbər verir ki, Münhen nəhəngi onun üçün 60 milyon funt sterlinq (69,6 milyon avro) ödəməyə hazırdır. Bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu son 18 ayda Uartonu izləyir. “Bavariya”nın daha əvvəl ingilis futbolçu ilə müqavilə imzalamağa cəhd etdiyi, lakin bunun uğursuz olduğu vurğulanır.

Bu mövsüm Uarto bütün yarışlarda 44 matçda iştirak edib, o, iki qol vurub və altı məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Aut.az