Azərbaycan klubu heyətinə yeni oyunçu cəlb etdi
“Abşeron” heyətinə yeni basketbolçu cəlb edib.
Aut az xəbər verir ki, gənc oyunçu Məhəmməd Hüseynli ilə müqavilə imzalanıb. Onun sözləşməsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmməd Hüseynli son olaraq NTD-nin formasını geyinib.
