İspaniya

Alıcı var: “Barsa” bu 3 futbolçunu satır

“Barselona”nın üç müdafiəçisi qışda klubu tərk etmək təklifi alıb.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbəyə görə, Ronald Arauxo, Andreas Kristensen və Erik Qarsiyadan komandanı dəyişmələri istənilib.

“Yuventus”, zədələrinə baxmayaraq Ronaldla maraqlanır. Andreas Kristenseni təcrübəli mərkəz müdafiəçisi axtarışında olan “Nyukasl” və “Aston Villa” izləyir. Erik Qarsiyaya isə “Jirona” açıq şəkildə maraq göstərir.

Aut.az