Açıqlandı: Ançelotti bu oyundan sonra “Real”dan ayrılacaq
Karlo Ançelotti mövsümün sonuna qədər “Real”ı tərk edə bilər.
Aut.az xəbər verir ki, “Sky Sports”un iddiasına görə, baş məşqçinin aprelin 26-da Kral Kubokunun finalından sonra postunu tərk edəcəyi gözlənilir.
Ançelotti artıq La Liqanın qalan oyunları, o cümlədən mayın 11-də “Barselona”ya qarşı keçiriləcək oyunda komandaya rəhbərlik etməyəcək.
“Real Madrid” 1/4 final mərhələsində “Arsenal”a uduzaraq (1:2, 0:3) Çempionlar Liqasından kənarda qalıb. La Liqada komanda mövsümün bitməsinə 7 tur qalmış “Barselona”dan 4 xal geri qalaraq 2-ci yerdədir.
“Real” Kral Kubokunun finalında “Barselona” ilə qarşılaşacaq.
Aut.az
