İspaniya

Maaşımı azaldın, amma bu kameraları yığışdırın – ETİRAZ

“Real”ın baş məşqçisi Karlo Ançelotti soyunub-geyinmə otağında kameraların olmasını istəmir.

“Kamera orada görünməməlidir, çünki onu içəri buraxmamaq hüququmuz var.

Əgər bu məcburi olsaydı, maaşımı aşağı salardım ki, onlar orada olmasın”, – deyə “Real”ın baş məşqçisi bildirib.

Qeyd edək ki, La Liqa rəhbərliyi azarkeşlərin oyuna marağını artırmaq üçün bir sıra yeniliklər tətbiq edib. Onlardan biri də fasilədə paltardəyişmə otağından çəkiliş olmasıdır.

“Real” bu qayda ilə razılaşmır və məhkəməyə müraciət etmək niyyətindədir.

Aut.az