İspaniya

“Barselona” “Milan”ın liderlərindən birini transfer edə bilər

“Milan”ın hücumçusu Rafael Leao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Barselona” portuqaliyalı ilə maraqlanır. Bu barədə “Diario SPORT” məlumat yayıb.

Leao komandanın baş məşqçisi Paulo Fonseka ilə fikir ayrılığına görə “Milan”ın start heyətində yerini itirib.

Leao bu mövsüm “Milan”ın heyətində 11 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Aut.az