İspaniya

Tebas “Real”dakı “böhran” haqda: Bu filmi əvvəllər də görmüşəm

La Liqa prezidenti Xavyer Tebas “Real Madrid”in böhran içində olduğuna inanmır.

Aut.az xəbər verir ki, Tebas bu barədə İspaniya mətbuatına danışıb.

“Böhran? Xeyr, mən bu filmi əvvəllər də görmüşəm. Hər kəsin böhrandan danışdığı mövsümlər görmüşəm, sonra isə noyabr ayında böhran içində olduğu iddia edilən komanda eyni oyunçular və eyni məşqçi ilə altı və ya yeddi xal fərqi ilə çempion olub.

Bunun bir media aspekti də var: onlar hər dəfə qalib gəlməlidirlər və bəzən qalib gəlmədikləri üçün ardıcıl iki oyun uduzduqda birdən böhran və ya problemlər yaranır. Həmçinin həmişə yaxşı oynamalıdırlar. Liqamızdakı rəqabət səviyyəsini nəzərə alsaq, bu, çox çətindir.

Bunu əvvəllər də görmüşəm və əgər insanların o vaxt dediklərini xatırlasaq, çoxlarının səhv etdiyini görəcəyik”, – Tebas bildirib.

Aut.az