İspaniya

Görüşüblər, bu məsələ ilə bağlı razılaşıblar

“Real”ın prezidenti Florentino Peres və komandanın baş məşqçisi Karlo Ançelotti Los Blankosun cari transfer pəncərəsində heç bir transfer etməyəcəyi ilə bağlı razılığa gəliblər.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito”nun jurnalisti Xosep Pedrol məlumat verib.

Pedrol, “Peres və Ançelotti 4 dekabr 2023-cü ildə görüş keçirdilər və bu görüşdə bu qış transfer pəncərəsində heç bir oyunçunun lınmayacağına qərar verdilər” deyib.

Qeyd edək ki, İspaniyada qış transfer pəncərəsi 2024-cü il yanvarın 2-dən fevralın 1-dək açıqdır.

İspaniya çempionatının 19 turundan sonra “Real Madrid”in aktivində 48 xal var. Karlo Ançelottinin yetirmələri turnir cədvəlində birinci yerdədir.

Aut.az