“Barselona”nın polşalı hücumçusu Robert Levandovski komanda yoldaşlarının çempionluq münasibətilə rusiyalı azarkeşlərə təşəkkür etmişi haqda danışıb.
Qeyd edək ki, internetdə “Barselona”nın futbolçuları Aleks Balde və Sergi Robertonun Rusiyadakı “Barselona” azarkeşlərinə dəstəyə görə təşəkkür etdikləri videomüraciət yayılıb.
“Bu videodan bir müddət sonra xəbər tutdum və yumşaq desək, çox təəccübləndim. Klubdan soruşdum və məlum oldu ki, bu, rəsmi mövqe deyil, La Liqanın yayım hüququna malik media nümayəndələri ilə görüş zamanı verilən açıqlamadır.
Belə vəziyyətlərdə çox vaxt kiminlə danışdığınızı belə bilmirsiniz. Əlbəttə ki, bu, bəhanə deyil, çünki bu məsələyə açıq-aydın diqqət yetirilmədi və nəticə çox pis oldu. Bildiyimə görə, klub bu vəziyyətə cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir”, – Levandovski “Interia Sport”a bildirib.
Aut.az