Fatih Terimin “Panatinaikos” macərası bitdi
Fatih Terim çalışdığı “Panatinaikos” klubundakı gələcəyi barədə qərar verib.
Aut.az xəbər verir ki, o, sosial media hesabında etdiyi paylaşımla Yunanıstan klubundan ayrıldığını açıqlayıb.
“Komandamla “Panatinaikos”da keçən dekabr ayından işləyirik. Məqsədimiz mövsümü çempion kimi başa vurmaq və dəyərli azarkeşlərə 13 ildir əldə etmədikləri bu hisi yaşatmaq idi. Dünən axşam klub prezidenti ilə görüşdük, vəziyyəti dəyərləndirdik və yeni mövsüm üçün planlarımızın uyğun olmadığı qənaətinə gəldik. Bu qiymətləndirmə nəticəsində peşəkar əlaqələrimizi davam etdirməməyə qərar verildi”.
Ötən ilin dekabrında “Panatinaikos”la müqavilə bağlayan Fatih Terim Yunanıstan klubunu 13 matçda meydana çıxarıb.
Terim bu görüşlərdə 6 qələbə və 6 məğlubiyyət əldə edib. “Panatinaikos” 71 xalla Yunanıstan çempionatının pley-off qrupunda 4-cü pillədə qərarlaşıb.
