FİFA prezidenti Canni İnfantino təşkilatın ünvanına səslənən tənqidlərə cavab verib.
“Məni və FİFA-nı niyə tənqid etdiyinizi başa düşmürəm. Mən başa düşə bilmirəm ki, bəzi jurnalistlər niyə bu qədər qəddardır? Bəlkə də jurnalistlərlə kifayət qədər ünsiyyət qura bilmirəm.
Biri deyir ki, FİFA futbolun Robin Qududur, amma biz varlıları soymuruq. Kasıblara kömək edirik.
Mənə də şəxsi hücumlar var. FİFA-ya, onun prezidentinə hücum edirsiniz… Bu hücumlar niyə baş verir? Məni sevmək, pərəstiş etmək məcburiyyətində deyilsiniz. Sizdən faktlara sadiq qalmağınızı xahiş edirəm. Niyə bəziləri platformanı FİFA-nı tənqid edən insanlar üçün saxlayırlar?
Korrupsiyadan danışanda ciddi iddialar irəli sürmək lazımdır. Bu gün bu haqda danışmalı oldum. Komandamla çox işləyirəm, namizədliyimi dəstəkləyən 200-dən çox məktub aldıqdan sonra yenidən seçildim”, – İnfantino bildirib.
Zəruri qeyd: Canni İnfantino nə qədər jurnalistlərdən narazılıq etsə də, faktdır: FİFA korrupsiyaya bulaşıb. O cümlədən əksər milli federasiyalar da. Biri də AFFA. Amma FİFA federasiyaları korrupsiya ocaqlarına çevirən şəxsləri həmişə müdafiə edib. Bu da qurumu haqlı tənqid hədəfinə çevirir. Axı Rövnəq Abdullayevi necə tənqid etməyəcən, cənab İnfantino?
Aut.az