“İnter Mayami”nin futbolçusu Lionel Messi kolleksiyasındakı ən qiymətli aksesuarlardan birini nümayiş etdirib.
Aut.az xəbər verir ki, argentinalı superulduz “İnstaqram”da fotolar yayımlayıb. Onun pərəstişkarları bir detala diqqət yetiriblər.
Söhbət dünya çempionunun taxdığı saatdan gedir. O, qeyri-adi görünüşü ilə 36 yaşlı futbolçunun fanatlarının diqqətini çəkib.
Messinin qolundakı aksesuar eksklüziv “Patek Philippe World Time Minute Repeater 5531R” saatı olub. Bu, 18 karat çəhrayı qızıl saatdır.
Argentinalı saata külli miqdarda pul xərcləyib. 2017-ci ildə buraxılış zamanı onun qiyməti təxminən 560.000 dollar olub. Bu istehsalı dayandırılmış modeldir. İndi bazarda bunun dəyəri 2 milyon dollar civarındadır.
Aut.az