Futbolda daha bir yenilik: Məşqçilərə bu səlahiyyət verilir
Futbolda daha bir inqilabi yenilik ediləcək.
Aut.az xəbər veirr ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.
Onun sözlərinə görə, matçlar zamanı məşqçilərə VAR-a baxılmasını tələb etmək səlahiyyəti verilməsi planlaşdırılır. Funksionerin sözlərinə görə, komandaları çalışdıran şəxslər hər oyunda iki dəfə video köməkç hakimdən kömək istəyə biləcəklər:
“Daha çoxyönlü VAR texnologiyası yaradılır. Daha az kamera olacaq və matçlarda çoxlu sayda hakimə ehtiyac duyulmayacaq. Beləliklə, sistem hər kəs üçün daha da əlçatan olacaq.
Məşqçilər iki dəfə VAR-dan kömək istəyə biləcəklər. Futbolçular bu barədə məşqçidən soruşa bilərlər. Hakimin ilkin qərarı dəyişdirilərsə, məşqçilər sorğu vermək imkanını itirməyəcək və iki dəfə video baxış tələb edə biləcəklər”.
Xatırladaq ki, İngiltərə Premyer Liqa klublarının əksərinin yeni mövsümdən etibarən VAR-ın ləğvinə səs verəcəyi məlum olub. Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib. Klublar VAR-ı tətbiq etməkdən imtina ediblər. UEFA reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız keçirməyə özləri qərar verirlər.
