Dünya futbolu

“Əl-Nəsr” hücumda Ronaldoya tərəfdaş tapıb – Görün kimdir  

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayer Leverkuzen”in hücumçusu Viktor Bonifasi transfer edə bilər.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, Kriştiano Ronaldonun çıxış etdiyi klub 24 yaşlı nigeriyalı üçün artıq Leverkuzen klubu ilə danışıqlara başlayıb.

Qeyd edilir ki, “Əl-Nəsr”in digər namizədi Con Durandır, lakin “Aston Villa” hücumçu ilə ayrılmaq istəmir.

Bu mövsüm Bonifasi bütün turnirlərdə 15 “Bayer” matçında 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Əl-Nəsr” hücumda Ronaldoya tərəfdaş tapıb – Görün kimdir  

Aut.az