Bellinqemin oyundan sonra Barkonu niyə vurduğunun səbəbi bəlli oldu
İngiltərə millisinin keçmiş qapıçısı Pol Robinson argentinalı müdafiəçi Valentin Barkonun dünya çempionatının yarımfinalındakı davranışını tənqid edib.
Argentina İngiltərəni məğlub edərək (2:1) turnirin finalına vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, meydana çıxmayan Barko Entso Fernandesin qolunu İngiltərə millisinin ehtiyat oyunçular skamyasının qarşısında bayram edib.
Pol Robinson “BBC Radio 5 Live”a verdiyi açıqlamada bildirib:
“Həmin matçda idman davranışı çox deyildi. Bu, yəqin ki, Dünya Kubokunda gördüyümüz ən pis idmançı davranışı idi”.
Oyun bitdikdən sonra İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem əli ilə Barkonun başına zərbə endirib.
Aut.az
