Qətər əmiri Mbappedən bunu xahiş etməyəcək
Qətər əmiri Təmim bin Həməd Əl Tani PSJ-nin hücumçusu Kilian Mbappeni Fransa klubunu tərk etməməyə inandırmaq fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, PSJ-yə yaxın insanlar Qətər əmirinin Mbappeyə yeni müqavilə təklifi edəcəyini inkar edirlər. Hücumçu çoxdan “Real Madrid”ə keçmək qərarına gəlib və planlarından əl çəkməyəcək.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.
Aut.az
